Əsas Səhifə > Şou-biznes > "Dodaqlarım silikon deyil"

"Dodaqlarım silikon deyil"


15-01-2018, 08:49
"Dodaqlarım silikon deyil"
DİA.AZ: - “İlin gözəli-2017” seçilən model Gülnar Məmmədova plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə son qoyub.

Model haqqında yayılan şayiələrə DİA.AZ-a cavab verib:

“Son günlər şəkillərimin altında nədənsə qəribə şərhlər oxuyuram: "dəyişilib, kökəlib, arıqlayıb, ən əsası isə dodaqlarına silikon vurdurub, burnunu əməliyyat etdirib yazırlar". Belə fikirlər nə ilə bağlıdır bilmirəm. Bunlara son qoymaq üçün deyirəm: bir dəyişiklik yoxdur və gözlənilmir. Heç vaxt buna ehtiyac duymamışam. Çəkim həminkidir, dodaqlarım silikon deyil. Ən əsası isə burnum... Ola bilsin ki, istirahətdə olduğum üçün makiyajdan az istifadə edirəm. Ona görə də həmişəkindən fərqli görünürəm”.

Geri qayıt