Əsas Səhifə > Şou-biznes > “Aygün Kazımovanın fəth etdiyi böyük səhnələrə çıxmaq istəmişik..."

“Aygün Kazımovanın fəth etdiyi böyük səhnələrə çıxmaq istəmişik..."


13-02-2018, 10:00
“Aygün Kazımovanın fəth etdiyi böyük səhnələrə çıxmaq istəmişik..."
DİA.AZ: - Müğənni Elnarə Xəlilova xalq artisti Aygün Kazımova və Natavan Həbibi barışığına münasibət bildirib.

DİA.AZ-ın məlumatına görə, sənətçi “Xəzər maqazin”ə açıqlamasında bir vaxtlar özünün, Natavanın və Röya Ayxanın Kazımovanın pərəstişkarı olduğunu söyləyib:

“Aygün Kazımova bizim kumirimiz olub. Onun fəth etdiyi böyük səhnələrə çıxmaq istəmişik. Allah bizə onu qismət etdi. 1999-2000-ci illərdə mən Aygün Kazımovanın evinə gedib-gəlirdim. Baxmayaraq ki, biz bek-vokal idik, mən Aygün Kazımovaya portuqal dilində mahnı oxumağı öyrədirdim. Onun bir mahnısına söz də yazmışam: Gecələr səssiz... Musiqisi İsa Məlikovun, sözləri mən primadonnanın idi. Natavan böyük-kiçik yeri biləndir. Natavan yaxşı ailədən tərbiyə alıb, böyüyə qarşı mədəniyyətsizlik etməz".




Geri qayıt