Əsas Səhifə > Şou-biznes > “Qəlbim boşdur, sevmək istəyirəm”

“Qəlbim boşdur, sevmək istəyirəm”


20-02-2018, 09:15
“Qəlbim boşdur, sevmək istəyirəm”
DİA.AZ: - “İlin gözəli-2017” seçilən model Gülnar Məmmədova sevgilisi ilə ayrılmasını və qəlbinin boş olduğunu deyib.

DİA.AZ saytına açıqlama verən model sevgisi ilə bağlı etiraflar edib. Hazırda qəlbi boş olan Gülnar depressiyaya düşməkdən qorxur:

"Mənim də həyatımda nakam sevgi olub. Bundan peşman da deyiləm. Sevgi pis hiss deyil. Vay o günə ki, heç sevməyəsən. Bu hissi bilməyənə yazıq kimi baxıram. Hazırda qəlbim boşdur. Həyatımda kimsə olsa, deyəcəm, gizlətməyi xoşlamıram. Bir də mən qısqancam. Sevdiyimi başqası ilə paylaşa bilmərəm. Məni istəyənlər çoxdur. Amma ətrafımda çox xəyanət görürəm. Bu da psixologiyama təsir edir. Deyirəm münasibət quraram, alınmaz, depressiyaya düşərəm".

Qeyd edək ki, model Gülnar bir müddətdir ki, iş adamı ilə münasibətlərinə son qoyub.

Geri qayıt