Əsas Səhifə > Şou-biznes > Röya general oğlu ilə sevgilidirmi?
Röya general oğlu ilə sevgilidirmi?8-03-2018, 09:56 |
Əməkdar artist Röya Ayxanın Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşaması barədə xəbər yayılıb. 35 yaşlı müğənninin sevgilisi özündən yaşca kiçik olan Telman Əkbərovdur. Röya hazırda Türkiyədə olduğundan Yenicag.az onun yaxın dostu Kənan Bayramovla əlaqə saxlayıb. Kənan məsələ ilə bağlı bunları deyib: “Telman Röyadan çox kiçikdir, uşaqdır. Demirəm ki, insan özündən yaşca kiçik adamla sevgili ola bilməz. Sadəcə olaraq, Roya ilə Telmanın sevgili olması xəbəri yalandır. Mən bunu yüz yox, milyon faiz əminliklə deyirəm. Röyanın o oğlanla yayılan fotosu dostlarımızdan birinin doğum günündə çəkilib. Telman bizim çevrənin yaxın dostudur. Təkcə Röya ilə deyil, digər dostlarımızla da münasibəti var. Qaldı ki, “Ağ tük” filminin təqdimatına qatılmasına, onu qala gecəsinə Emil Bədəlovla Hacı Nazim dəvət edib”. Qeyd edək ki, xəbəri yayan “Qafqazinfo”nun məlumatına görə, sənətçi general oğlu ilə çəkdirdiyi bir neçə şəkli “instagram” səhifəsində paylaşıb və izlədiyi 60 nəfərin arasında Telman da var. Geri qayıt |