Əsas Səhifə > Şou-biznes > "Ürəyim fərəh hissi ilə dolur"

"Ürəyim fərəh hissi ilə dolur"


3-04-2018, 08:16
"Ürəyim fərəh hissi ilə dolur"
DİA.AZ: - Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Azərbaycan haqqında xoş sözlər yazdı.

DİA.AZ-ın məlumatına görə, bu barədə Günay Musayeva "İnstagram" səhifəsində paylaşıb. Xoş sözlər və arzularla həmvətənlərinə müraciət edən model paylaşımında bunları yazıb:

"Uzun illərdir Türkiyədə yaşayır və məsləyimlə bağlı dünyanı gəzib dolaşıram. Əvvəllər Vətənimin adı çəkiləndə sual dolu baxışlarla qarşılaşırdım və bu məni çox məyus edirdi. Son vaxtlar isə dünyanın harasına getsəm, Azərbaycanlıyam desəm hər kəsin ölkəm haqqında gözəl sözlər dediyinin şahidi oluram. Ürəyim fərəh hissi ilə dolur. Mən siyasətdən çox uzaq bir insanam. Amma realistəm və Vətənimin taleyindəki müsbət dəyişiklikləri görürəm. Bu dəyişikliklərin davam etməsini, ölkəmin daha da inkişaf etməsini arzulayıram. Ona görə də bu il 11 apreldə mənim seçimim Ilham Əliyev olacaq.
P.S şəxsən mənim üçün bir aktual sima daha vardı və düşünürdüm ki, əgər namizədlər sırasında o adı görsəm, ona səs verəcəm. Çünki Mehriban Əliyeva, yalnız mənim idealım deyil, bütün güclü qadınların idealıdır".

"Ürəyim fərəh hissi ilə dolur"
Geri qayıt