Əsas Səhifə > Şou-biznes > Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu

Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu


11-04-2018, 08:50
Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu
DİA.AZ: - Türkiyəli müğənni və bəstəkar Sinan Akçıl “Güzel Şeyler” adını verdiyi albomunu bu gün təqdim edib.

DİA.AZ-ın məlumatına görə, albomda türk bəstəkarlarla yanaşı Azərbaycan mahnısı da yer alıb. Belə ki, Sinan Akçıl xalq artisti Aygün Kazımovanın “Səni belə sevmədilər” adlı mahnısın oxuyub.

Sözləri Leyli Erol - İsrafilova, musiqisi isə Hakan Erola aid olan mahnıya Sinan “Seni böyle sevmediler” adını verib. Disk tezliklə “DMC” şirkətinin etiketi ilə satışda olacaq.

Qeyd edək ki, Aygün Kazımova 2012-ci ildə Türkiyənin ən tanınmış müğənni və bəstəkarı olan Sinan Akçılla iş birliyi qurub. Onunla "İkinci sen" adlı duet ifa edib.






Sinan Akçıl Aygün Kazımovanın mahnısını oxudu

Geri qayıt