Əsas Səhifə > Şou-biznes > Fariz İlyasov "Bədənim yansın"a görə bankrot oldu

Fariz İlyasov "Bədənim yansın"a görə bankrot oldu


1-05-2018, 07:49
Fariz İlyasov "Bədənim yansın"a görə bankrot oldu
DİA.AZ: - “5-ci element” proqramının eks-aparıcısı, aktyor və yaraşıqlı model Fariz İlyasov yeni klipini ictimaiyyətə təqdim edib.

DİA.AZ xəbər verir ki, "Bədənim yansın " adlanan mahnının sözləri Orxan Mürvətliyə, musiqisi Kako Banda, aranjimanı isə Fərid Kərimliyə məxsusdur.

Yeni işindən danışan F.İlyasov bildirib ki, bu işə görə müflis olub: “Sevginin saflığından, ülviliyindən bəhs olunan ekran əsərinin videoqrafı Elvin Nərimanlıdır. Layihənin prodüseri dj Kazım Sübhandır. İndi bir çoxları soruşacaq ki, klipə nə qədər pul xərcləmisiniz? Mən də deyərdim ki, bütün var-dövlətimi bu işdə batırdım. Bankrot oldum. Bütün bunlar boşdu. Ən əsası yekunda yaxşı bir klip alındığını deyə bilərəm.

Buna görə də başda videoqraf Elvin Nərimanlı olmaqla, ekran işində əziyyəti keçən bütün komandaya təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, klipin montajçısı və rənglənməsi Sübhi Abbasdır. Tacın müəllifi isə dizayner İbodur.




Geri qayıt