Əsas Səhifə > Şou-biznes > "Hislərim yoxdursa, vaxtımı itirmərəm"

"Hislərim yoxdursa, vaxtımı itirmərəm"


9-05-2018, 08:02
"Hislərim yoxdursa, vaxtımı itirmərəm"
DİA.AZ: - "Hər dəfə özümü tənqid edirəm. Güzgüyə baxanda özümdə nəsə mənfi bir şey tapıram. Gərək özünü tənqid edib üzərində işləyəsən. Səhvlər görəndə, çalışırsan onları düzəltməyə".

Bu sözləri tanınmış rəqqasə Renka DİA.AZ-a deyib. Rəqqasə ətrafındakı insanlardan söz açıb:

"İnsanlar üçün özümü öldürən deyiləm. 20 yaşım olsaydı, başqa cür düşünərdim. Onda hamıya inanırdım. İndi neqativ insanlardan uzaqlaşıram. Yanımda yalnız mənə yaxın olan 1-2 adam çalışır".

Özünü aktrisa kimi də sınayan Renka film təklifləri aldığını söyləyib:

"Artıq bir neçə film təklifi almışam. Əvvəl ssenariyə baxıram. Yaxşı olsa, qəbul edərəm. Zarafat xoşlayıram. Onsuz yaşaya bilmərəm. Mənfi tərəflərimdə var, əsəbi ola bilərəm. Amma çox da əsəbi qala bilmirəm".

Rəqqasə şəxsi həyatından söz açıb. O bildirib ki, neçə ildir sevgilisi yoxdur:

"Təkəm, alışdım buna. Boş-boşuna kimləsə vaxt itirməyəcəm. Əgər hiss etsəm ki, bu insan mənlik deyil, münasibət qurmaram. Yanımda kimsə olsun deyə, münasibət yaşamaram. Hislərim yoxdursa, vaxtımı itirmərəm. 2 ildir sevgilim yoxdur. İnanmırlar inanmasınlar. Ancaq uşaqlarımla məşğulam. Vətəndən kənara gedəndə heç kimlə də görüşmürəm. Bakıda da işlərimlə məşğul oluram. Əgər həyatıma kimsə gəlsə, ciddi münasibət quracam (gülür- E.H)".
Elton

Geri qayıt