Əsas Səhifə > Şou-biznes > Mədinə Məlik şayiələrə son qoydu

Mədinə Məlik şayiələrə son qoydu


21-05-2018, 08:33
Mədinə Məlik şayiələrə son qoydu
DİA.AZ: - Ölkənin əsas prodüseri Mədinə Məlik gəzən şaiyələrə son qoyub.

DİA.AZ xəbər verir ki, ötən həftə Mədinə Məlik prodüserlik peşəsini dəyişməsi xəbəri media gündəmindən düşmürdü.

Bu dedi-qodulara son qoymaq qərarına gələn Mədinə xanım saytımıza haqqında yayılan şaiyələrə aydınlıq gətirib:
“Həyat təcrübəsi mənə kimisə şəxsi həyatıma daxil etməməyi öyrədib. Şəxsi həyatım istisna olmaqla, iş haqqında danışmağa hazıram. Təkcə onu deyə bilərəm ki, prodüserlik peşəsimi atmamışam. Sadəcə bir günlük özümü stilist sahəsində sınamağa cəlb etdim. Asılı olmayaraq həmişə peşəmə hörmətlə yanaşmışam. Bir daha söyləyirəm irəlidə gözəl proyektlər və görəcəyimiz çox işlər var”.

Geri qayıt