Əsas Səhifə > Şou-biznes > “Həyatım mənalı, gözəl etdin qızım...”

“Həyatım mənalı, gözəl etdin qızım...”


24-05-2018, 08:21
“Həyatım mənalı, gözəl etdin qızım...”
DİA.AZ: - Bu gün müğənni Günel Ələkbərovanın qızı Məryəmxanımın doğum günüdür.

DİA.AZ xəbər verir ki, sənətçi İnstaqram hesabında övladının 4 yaşı olduğunu qeyd edib:

“Birdənəm, yeni yaşın mübarək. Səni verən Allahıma şükürlər olsun,ömrüm. 24.05.2014 mənasız həyatıma günəş kimi doğuldun. Həyatımı mənalı, gözəl etdin qızım çox sağ ol ki, mənə bu gözəl hissi analıq hissini bəxş etdin ömrüm. Allahım səni ağıllı, mərhəmətli, əməli saleh bəndələrindən eyləsin. Canın sağlam, ömrün uzun, bəxtin gözəl, həyatın bal kimi şirin, günəş kimi parlaq olsun, amin. Sən mənim dünyamsan, mələyim. Məryəmxanım allahım hər zaman səni qorusun, birdənəm”.


Geri qayıt