Əsas Səhifə > Şou-biznes > Röya Ayxan üçün özəl gün

Röya Ayxan üçün özəl gün


14-06-2018, 07:59
Röya Ayxan üçün özəl gün
DİA.AZ: - Bu gün əməkdar artist Röya Ayxanın ad günüdür.

DİA.AZ xəbər verir ki, əməkdar artist 36 yaşını qeyd edir.

Röya Ayxan 1982-ci il iyun ayının 14-də Qobuda dünyaya gəlib. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.

İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.

30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

2008-2014-cü illərdə Anar Çingiz oğlu Cəlilovla nikahda olub. 25 oktyabr 2009-cu ildə oğlu Hüseyn dünyaya gəlib. Hazırda subaydır.


Geri qayıt