Əsas Səhifə > Şou-biznes > "Parisi yox, Bakını seçərəm"

"Parisi yox, Bakını seçərəm"


3-07-2018, 17:05
"Parisi yox, Bakını seçərəm"
DİA.AZ: - Rusiyanın əməkdar artisti Alyona Apina Bakıda çəkdirdiyi klipi ilə bağlı müsahibə verib.


DİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, Apina ekran işini azərbaycanlı rejissor Aslan Əhmədova həvalə etməsinin səbəbini açıqlayıb:
“Çünki Bakı onun vətənidir, Aslan oranı bütün qəlbi ilə sevir. Çəkiliş üçün maraqlı mənzərə seçib. Onun dediklərinə güvəndim və razılaşdım. Buna görə peşman da deyiləm”.
“Moskva-Baku” dərgisində yer alan yazıda Alyona çətinliklər yaşadıqlarını da gizlətməyib:
“Çəkiliş zamanı dünyada olan hər şeyi unuduram. Çəkilişlər Xəzər dənizi sahilində və Qobustanda aparılıb. Dünyanın ən qədim məskənlərindən biridir. Oranı açıq səma altında muzey adlandırırlar. Çəkiliş zamanı rejissorun mənə heç rəhmi gəlmədi. Uzun şleyfli libasımla məni suya saldı. Hətta libaslarım da məhv oldu, zibil qutusuna atdım”.
Apina bildirib ki, “Давай так” adlanan mahnıya çəkilən klip avqustda təqdim olunacaq.
“Bakıda çox olmuşam, hər dəfə də iş üçün getmişəm. Aslan mənə Bakını tam göstərdi. Bakı Dubaya bənzəyir. Amma oranın öz qəlbi var. İçəridə hələ də qədim ab-hava qorunub saxlanılır. İndi məni seçim qarşısında qoysalar ki, Bakı, yoxsa Paris, Bakını seçərəm” deyə, müğənni sözlərinə əlavə edib.

"Parisi yox, Bakını seçərəm"
Geri qayıt