Əsas Səhifə > Şou-biznes > Toy mərasimində Aygün tufanı

Toy mərasimində Aygün tufanı


6-07-2018, 08:23
Toy mərasimində Aygün tufanı
DİA.AZ: - Xalq artisti Aygün Kazımova paytaxtın ən dəbdəbəli məkanlarından birində toy mərasimində iştirak edib.

DİA.AZ xəbər verir ki, sənətçi gecəboyu cazibədar görünüşü, qırmızı libası və zarafatları ilə diqqət çəkib. Sevilən hitlərini oxuyan səhnəmizin divası qonaqlara sanki mini konsert verib.

Yaşından asılı olmayaraq, bütün əhli Kazımovanın ifası ilə rəqs etməkdən, onu kameraya çəkməkdən, alqışlamaqdan doymayıb.

Qeyd edək ki, toy mərasimində A.Kazımovanın saç və makiyajı üzərində Qusik Simon çalışıb, geyimini isə "YES MODA EVİ"nin rəhbəri dizayner Yeganə Sadıxova hazırlayıb.


Geri qayıt