Əsas Səhifə > Şou-biznes > "X-Factor"ın iştirakçısı xarici ulduzlara belə meydan oxudu...
"X-Factor"ın iştirakçısı xarici ulduzlara belə meydan oxudu...23-07-2018, 09:29 |
DİA.AZ: - Ukraynanın “X Factor” yarışının keçmiş iştirakçısı və şirin avaz səsi ilə seçilən gənc müğənni Cəmil müzakirələrə səbəb olan “Red Star” adlı yeni fotolayihəsini təqdim edib. DİA.AZ xəbər verir ki, yenə də tanınmış fotoqraf Reşan Hüseynovun fotokamerası önünə keçən ifaçı, geyimində qırmızı rəngə üstünlük verərək bir-birindən iddialı pozalar verib. Məlumat üçün bildirək ki, qırmızı rəngi sevənlər parlaq olduğu qədər həm də cəsarətlidirlər. Bu rəng "lider olmaq" istəyi daşıyan və bu arzusuna çatan insanların seçimidir. Xarizmatik müğənninin " Red star " obrazını yaratmış şəkilləri haqda da çox danışılacaq kimi görünür. Gözəl bölgələrin birində yeni imici ilə fotosessiyasından razı qalan Cəmil səs küylü açıqlamalar verib: "Bölgələrin birində fotosessiya etdirdim. İsti və günəşli havada çox əziyyətlər çəkdik. Komandamdan çox razıyam. Stilistim Gülruha, peşəkar fotoqraf Reşana təşəkkür edirəm. Bu layihənin ideyası PR-menecerim Eltondan gəldi. Bu yay həmkarlarıma baxanda fərqli foto layihələr görmədim, söhbət kişi ifaçılarından gedir. Bizim şəkillər hamısını geridə qoyacaq". Geri qayıt |