Əsas Səhifə > Şou-biznes > Sürpriz fotosessiya "Məni Sev"
Sürpriz fotosessiya "Məni Sev"3-08-2018, 08:57 |
DİA.AZ: - Xarizmatik müğənni Cəmil qəlbinin boş olduğunu deyib. DİA.AZ-a açıqlama verən müğənni sevmək istədiyini etiraf edib: “Desəm ki, sevgi yaşayıram, yalan olar. Çoxdandır qəlbim boşdur, yalqızam. Bütün ürəyimi yaxınlarım, pərəstişkarlarım zəbt ediblər. Artıq sevmək istəyirəm. Hər bir tənha oğlan və xanım yanında sevdiyi insanın olmağını istəyir”. Cəmil söhbət əsnasında yeni fotosessiya etdirdiyini də bildirib. Müğənni fotoqraf Reşan Hüseynovun kamerasına poza verib. O, foto-layihəsində "sevgi obrazı" yaradıb. Müğənninin görünüşü üzərində peşəkar stilist Gülruh Nəcəfova çalışıb. Layihənin ümumi prodüseri isə Elton Hacıyevdir. Yeni Cəmilin fotosessiyasını oxuculara təqdim edirik: Geri qayıt |