Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova "Jara"da ulduzları kölgədə qoydu

Aygün Kazımova "Jara"da ulduzları kölgədə qoydu


6-08-2018, 08:15
Aygün Kazımova "Jara"da ulduzları kölgədə qoydu
DİA.AZ: - Xəbər verdiyimiz kimi, “Jara” Beynəlxalq Musiqi Festivalının final gecəsində Azərbaycanın xalq artisti Aygün Kazımova da iştirak edib.

DİA.AZ-ın məlumatına görə, Aygün Kazımova "Jara-2018"in final günündə festivala ilk çıxan sənətçi olub. Diva "S.U.S" mahnısını rus dilində ifa edib. O, çıxışı üçün qızılı rəngli, olduqca təmtəraqlı səhnə kostyumu seçib.

Azərbaycan səhnəsinin 47 yaşlı divası valehedici gözəlliyi və geyimi ilə Rusiyalı udluzları kölgədə qoyub.

Qeyd edək ki, onun obrazı üzərində dünya şöhrətli azərbaycanlı dizayner - modelyer Rüfət İsmayl və stilistlər Ruxa və Tural Atazadə çalışıb.

Aygün Kazımova "Jara"da ulduzları kölgədə qoydu
Aygün Kazımova "Jara"da ulduzları kölgədə qoydu

Geri qayıt