Əsas Səhifə > Şou-biznes > Röyanın yetimxanada çəkdirdiyi "Afaki"si 100 mini keçdi
Röyanın yetimxanada çəkdirdiyi "Afaki"si 100 mini keçdi4-10-2018, 12:15 |
DİA.AZ: - Əməkdar artist Röya Ayxan bir neçə gündür ki, Türkiyədəki “Afaki” adlı yeni klipini təqdim edib. DİA.AZ xəbər verir ki, mahnının sözləri və musiqisi Oğuz Yılmaza, aranjimanlı isə Alper Atakana məxsus bəstə sosial şəbəkələrdə böyük marağa səbəb olub. Belə ki, sənətçinin paylaşığı klipi iki günə 100 mindən çox insan izləyib, 736-ə yaxın şərh yazılıb. Xatırladaq ki, sənətçinin klipi əməkdaşlıq etdiyi qardaş ölkənin nüfuzlu "POLL Production" şirkətinin rəsmi “Youtube” səhifəsində yerləşdirilib. Ekran işinin rejissorluğu Orçun Mutluya aiddir. Klipin çəkilişləri 1868-ci ildə inşa edilmiş “Fransız Saint Joseph” yetimxanasında lentə alınıb. 2 günə tamamlanan çəkilişdə 27 nəfər çalışıb. Geri qayıt |