Əsas Səhifə > Şou-biznes > Özbəkistanın müğənnisi onun üçün Bakıya gələcək

Özbəkistanın müğənnisi onun üçün Bakıya gələcək


2-11-2018, 17:53
Özbəkistanın müğənnisi onun üçün  Bakıya gələcək
DİA.AZ: - Rejissor Nail Naiboğlu ad günü ilə bağlı konsert proqramı təşkil edəcək.

DİA.AZ xəbər verir ki, tədbir 20 dekabr saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.
Gecədə xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Faiq Ağayev, əməkdar artistlər Manana Caparidze, Ədalət Şükürov, müğənnilər Natavan Həbibi, Elnur Məmmədov, Nadir Qafarzadə, Günay İbrahimli rəqqasələr Fatimə Fətəliyeva, Oksana Rəsulova, meyxanaçı Tərlan Novxanı, Özbəkistanın məşhur müğənnisi Aziz Rametov və bir çoxları iştirak edəcək.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatı dəstəyi ilə keçiriləcək konsertin adı “Gülüm” olacaq.
Şairə Nazilə Səfərlinin aparıcılığı ilə baş tutacaq konsertin rejissorulu Aqil M.Quliyevə həvalə edilib.
Konsertin rejissorluğunu həmkarına həvalə edən Nail Naiboğlu bunun səbəbini belə açıqlayıb:
“Bu mənim günüm olduğu üçün istədim ki, rahat oturum və öz gecəmi, yaradıcılığımı izləyim. 43 yaşım tamam olur və bundan sonra doğum günləri qeyd etməyəcəyəm. Ümumiyyətlə, yoldaşımın vəfatından sonra qərar verdim ki, hər il ad günümdə konsert təşkil edərək, onu Gülümə həsr edim”.

Geri qayıt