Əsas Səhifə > Şou-biznes > "Sevgisiz həyat çox çətindir"
"Sevgisiz həyat çox çətindir"19-11-2018, 08:58 |
DİA.AZ: - "Çox piardan qaçıram. Etdiyim işi göstərməyi sevirəm. Yeniliklərimlə gündəmə gəlmək istəyirəm. Dedi-qodu mənlik deyil". Bu sözləri səhnəmizin güclü səsli ifaçısı, xarizmatik müğənni Cəmil DİA.AZ-a açıqlamasında deyib. Müğənni qalmaqaldan uzaq olmağa çalışdığını söyləyib. Cəmil sevgidən də danışıb. O bildirib ki, qəlbi boş deyil: "Sevgisiz həyat çox çətindir. Bir insana aşiq ola bilərəm. Ürəyimə birini yerləşdirirəm, oranı qıfıllayıram. Qıfılı son nəfəsimə qədər bağlayıram. Açarın heç kim tapa bilməz, çətindir". Geri qayıt |