Əsas Səhifə > Şou-biznes > “İlin işgüzar xanımı” seçildi
“İlin işgüzar xanımı” seçildi26-11-2018, 10:46 |
DİA.AZ: - Öz dəst-xətti ilə seçilən “YES MODA EVİ”nin rəhbəri tanınmış azərbaycanlı dizayneri və modelyeri Yeganə Sadıxovanın mükafatlarının siyahısına biri də əlavə olunub. DİA.AZ-ın məlumatına görə, “Mercedes Benz”ın təşkilatçılığı ilə keçirilən gecədə dizayner-modelyer “İlin işgüzar xanımı” seçilib. Qeyd edək ki, Y.Sadıxova uzun illərdir dizayner-modelyer kimi fəaliyyət göstərir. Bu, onun aldığı ilk mükafat deyil. Dizayner-modelyer gördüyü işlərə görə dəfələrlə müxtəlif nominasiyada mükafatlar alıb. Geri qayıt |