Əsas Səhifə > Şou-biznes > "Mən aktrisayam, rol oynamağı gözəl bacarıram"

"Mən aktrisayam, rol oynamağı gözəl bacarıram"


27-12-2018, 09:40
"Mən aktrisayam, rol oynamağı gözəl bacarıram"
DİA.AZ: - DİA.AZ bildirir ki, “Maşın şou”nu tərk edən aktrisa Nərgiz Əliyeva müsahibə verib. O, maşın ətrafında baş verən gizli olaylardan, qruplaşmalardan, rəqiblərlə mübarizədən və ən yaxın rəfiqəsi Pərvinlə Aysel arasında baş verən qalmaqaldan bizi agah edib.

Nərgizlə müsahibəni təqdim edirik:

- Nara, “Maşın şou”dan sonrakı təəssüratların necədir?

- Baxmayaraq ki oyunu tez tərk etdim, hətta çıxarkən ağladım, amma deyə bilərəm ki “ Maşın şou” ilə bağlı təəssüratlarım çox yaxşıdır. Heç bilməzdim ki, “Maşın şou” ağlımda belə gözəl qalacaq. Sevindirici haldır ki, ölkənin ən reytinqli şousunda iştirak etdim, mübarizə apardım, sözümü deyib çıxdım.

- Hər kəsi maraqlandıran sual: Nərgizin səsi 80 faizdən necə aşağı düşdü? Bu təxribat idi, ya necə?

- İnanmıram təxribat olsun. Çünki qızğın oyun gedirdi. Üstümə elə bil ordu tökülmüşdü. Həm mənim yarışmada qalmağımı istəyənlər, həm də istəməyənlər. Bilirdim ki, şoudan çıxacam. Mən ad çəkməyə də bilərdim, səsverməyə çıxmaya da bilərdim. Bilə-bilə risk etdim, oyunu oynadım.

- Səsvermənin saflığına inanırsanmı?

- Səsvermənin saflığına inanıram. Düşünmürəm ki, səsverməyə kimsə müdaxilə edə bilsin. Tam əminliklə deyə bilərəm ki, hər şey real idi. Mən aktrisayam, rol oynamağı gözəl bacarıram. Hiylə işlədə bilərdim, başqa ad çəkib səs toplayıb oyunda qala, səs yığdıqdan sonra isə hədəfimi dəyişə bilərdim. Amma bunu etmədim. Güclü rəqib seçdim, uduzanda da məğlubiyyətimi qəbul etdim, heç kimlə problem yaşamadan oyundan çıxdım.

- Niyə məhz Nazilə Səfərli?

- Niyə Nazilə Səfərli? Çünki mən əvvəlcədən də demişdim ki, bu oyunda ya Nazilə qalacaq, ya da mən. Elə oldu ki, açıq oyun oynadım və getməli oldum.

- Peşmamsanmı tribunadan ad açıqlamağına?

- Ad çəkməyimə görə zərrə qədər də peşman deyiləm. Çünki orda kişi qızı kimi oyun oynadım. Çoxlarının edə bilmədiyini mən etdim. Açıq danışdım və açıq oyun getdi.

- “Maşın şou” sənə nə verdi? Təbii ki maşına ehtiyacın yox idi, amma...

- “Maşın şou” mənə yaxşı dostlar qazandırdı. Tanımadığım insanları tanıdım. Çox xoşuma gəldi oyun. Maşına ehtiyacım yoxdur. Şəxsi avtomobilim var. Əsas oyunda iştirak etmək, xatirələrdə yaxşı insan kimi qalmaq idi. O da oldu.

- Pərvin sənə Aysellə bağlı nə tapşırmışdı?

- Pərvin mənə heç nə tapşırmamışdı. Sadəcə olaraq Aysellə Pərvinin arasında anlaşılmamazlıq olmuşdu. Bir- birlərini düzgün başa düşməmişdilər. Aysel pis qız deyil, yaxşı qızdır. Əslində onlar oturub danışsalar ortaq məxrəcə gələcəklər. Pərvin mənim üşün tamam başqadır. Onu heç vaxt heç kimin ayağına vermərəm.

Əsas oyundan mərd biri kimi çıxmaq idi, mən onu bacardım. İnsanlar haqqımda mənfi fikir bildirmədi. Bu mənə bəsdir.






Geri qayıt