Əsas Səhifə > Şou-biznes > Stilist Sərxan qayıtdı
Stilist Sərxan qayıtdı7-01-2019, 08:41 |
DİA.AZ: - Məşhur kreativ stilist Sərxan Yadigarov sənətində yaratdığı üç il fasiləni yeni layihələrlə pozacaq. Bu barədə DİA.AZ-a stilist özü məlumat verib. O, bildirib ki, tezliklə yeni layihələr təqdim edəcək: “Stilist kompleksiz olmalıdır, çünki səhnə sərhəd tanımır. Gözəllik yaradan stilist peşəsində özünə sərhəd qoyursa o, heç vaxt tamaşaçısına gözəllik və sevinc bəxş edə bilməz. Belə ki, mən aferistiyi sevmirəm. Yeni və maraqlı layihələr olacaq”. Qeyd edək ki, Sərxan Azərbaycanın Xalq artistləri Aygün Kazımova, Fidan Hacıyeva, əməkdar artistlər Röya Ayxan, Manana Caparidze, müğənnilər Sevinc Musayeva, Səidə Sultan, Sevda Yahyayeva, rəqqasə Renka Ağamuradova kimi məşhurların saçlarını “yaradıb”. Geri qayıt |