Əsas Səhifə > Şou-biznes > “Şou-biznesə fərqli tərzi gətirsəm də, ora aidiyyatım yoxdur”

“Şou-biznesə fərqli tərzi gətirsəm də, ora aidiyyatım yoxdur”


8-01-2019, 11:33
“Şou-biznesə fərqli tərzi gətirsəm də, ora aidiyyatım yoxdur”
DİA.AZ: - “Hər kəs danışanda öz mədəniyyətini göstərir. Dedi-qodu edənləri, neqativ danışanları “blok” edirəm”.

Bu sözləri səsi, geyimi və fərqli tərzi ilə Azərbaycana sığmayan və qısa zamanda sosial şəbəkəyə səs salan istedadlı xarizmatik ulduz Cəmil DİA.AZ-a açıqlamasında deyib.

Müğənni şou-biznesə fərqli tərzi gətirdiyini və bu arenadan uzaq gəzdiyini vurğulayıb: “Eşidirəm, amma özümü eşitməzliyə vururam. Onların danışdıqlarını da qəbul etmirəm. Şou-biznesə fərqli tərzi gətirən və şou-biznesdən kənar gəzən, oraya aidiyyatı olmayan da mənəm! Hər şey dəyişib. Gecə həyatım 99 faiz yoxdur. Dostlaırm üzümə həsrətdir, onlar məni səhər görə bilərlər. Məsafəni qoruyub saxlamaq lazımdır”.

Geri qayıt