Əsas Səhifə > Şou-biznes > "Bir ara hər şeydən küsüb, geri çəkildim"

"Bir ara hər şeydən küsüb, geri çəkildim"


21-01-2019, 08:27
"Bir ara hər şeydən küsüb, geri çəkildim"
DİA.AZ: - “Bir ara hər şeydən küsüb, geri çəkildim. Bezdim sünii təbəssümlərdən, saxta dostluqlardan. İnsanlar səndən çirkin formada istifadə etməyə çalışır. Sonra dərk etdim ki, şou-biznesin əsas fiqurlarından biriyəm. İşimin başına qayıtdım, yeniliklərim olacaq”.


Bu sözləri DİA.AZ-a açıqlamasında güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni Cəmil deyib:

“26 yaş məni dəyişdi. Daha da böyüdüm. Əvvəllər heç kimi incitməyə qıymırdım. İndi sərt olmuşam. Kimsə məni incidirsə, susmayacam. Məni düşünməyəni, mən niyə saymalıyam? Mənim kimdənsə qorxacaq halım, eyib işim yoxdur. Bundan sonra fərqli Cəmil görəcəksiniz. Özümə daha çox güvənirəm. Mən yıxılmaram".

Geri qayıt