Əsas Səhifə > Şou-biznes > Məşhur müğənni Günayın paltarından geyindi

Məşhur müğənni Günayın paltarından geyindi


12-02-2019, 08:32
Məşhur müğənni Günayın paltarından geyindi
DİA.AZ: - Keçdiyimiz gün ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” musiqi mükafatlandırma mərasiminə amerikalı müğənni İnas X da qatılıb.

DİA.AZ xəbər verir ki, “Staples Center”də keçirilən gecədə müğənni geyimi ilə diqqət çəkib. İnas X-nın geyimini məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb. Müğənninin gecədə geyindiyi yaşıl libas məşhur azərbaycanlı model Günay Musayevanın paltarını xatırladıb. Eyni tərzdə olan yaşıl geyimdən hər iki tanınmış istifadə edib.

Belə ki, həmin geyimi Günay Musayeva ötən il sentyabrın 7-də Nyu-York Moda Həftəsində azərbaycanlı dizayner Rüfət İsmayılın 2019-cu il üçün hazırladığı “Power of Fire” (Alovun gücü) adlı yaz-yay kolleksiyasının tanıtımında geyinmişdi.

Məşhur müğənni Günayın paltarından geyindi

Geri qayıt