Əsas Səhifə > Şou-biznes > "Qremmi"yə gələn Aşantinin geyimini Rüfət İsmayıl hazırlayıb

"Qremmi"yə gələn Aşantinin geyimini Rüfət İsmayıl hazırlayıb

12-02-2019, 09:03
"Qremmi"yə gələn Aşantinin geyimini Rüfət İsmayıl hazırlayıb
DİA.AZ: - Bir neçə gün bundan əvvəl ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” musiqi mükafatlandırma mərasiminin qırmızı xalıya çıxan dünya şöhrətli ifaçı Aşanti geyimi ilə diqqət çəkib.

DİA.AZ xəbər verir ki, Aşanti “Staples Center”də keçirilən tədbir üçün azərbaycanlı dizaynerə müraciət edib. Onun libası üzərində azərbaycanlı dizayner Rüfət İsmayıl çalışıb.

Məlumat üçün bildirək ki, Cennifer Lopes, Cordana Hyuston, Alan Tapiqliana, Loren Xureqi, Erik Kostell və digər məşhur Hollivud ulduzları dizaynerin işlərinə müraciət edib. Dizayner əmindir ki, kolleksiyasından geyinən ulduzların sayı getdikcə daha artacaq. Ən əsası, o artıq öz məqsədinə çatıb, dünya şöhrətli moda dizayneri olmağı bacarıb.

Onun dəb şouları Milan, Florensiya, Tehran və digər şəhərlərdə keçirilib. Keçən il Fashion TV kanalı həmyerlimizi 2018-ci ilin ən yaxşı avropalı dizayneri mükafatına layiq görüb. "Türkiyənin ən yaxşı dizayneri" seçilən Rüfət İsmayıl Aygün Kazımova ilə əməkdaşlıq edərək onun üçün libaslar hazırlayır.

Geri qayıt