Əsas Səhifə > Şou-biznes > "New York Fashion Week"ə Tülin Şahin və Günay Musayeva damğa vurdu
"New York Fashion Week"ə Tülin Şahin və Günay Musayeva damğa vurdu16-02-2019, 09:31 |
DİA.AZ: - Dünyaca məşhur model Sindi Krouforda bənzərliyi ilə diqqət çəkən türk model Tülin Şahin azərbaycanlı modelyer Rüfət İsmayılın Nyu Yorkda keçirdiyi "Butterfly Effect" (Kəpənək effekti) adlı dəfiləsində əsas manken kimi podiuma çıxıb. DİA.AZ xəbər verir ki, 38 yaşına rəğmən hələ də qüsursuz bədən quruluşuna sahib olan model səhnəyə 61-ci “Qremmi” mükafatı laureatlı müğənni Aşantinin geyindiyi paltarda çıxıb. Baş manken Tülin Şahin tamaşaçılar tərəfindən müsbət rəy alıb. Qeyd edək ki, tədbirdə azərbaycanlı model Günay Musayeva da iştirak edib. Geri qayıt |