Əsas Səhifə > Şou-biznes > "Yataq görüntülərini özüm sızdırmışdım"

"Yataq görüntülərini özüm sızdırmışdım"


22-02-2019, 12:33
"Yataq görüntülərini özüm sızdırmışdım"
Müğənni Kərim Abbasov ötən gün şou nümayəndələri və media əhlini başına toplayaraq yeni layihəsini təqdim edib.

Open.az xəbər verir ki, müğənni tədbirdə yeni mahnısı olan "Ləkə"yə çəkilən ekran işini nümayiş etdirib.

Klipdə rəqqasə Renka ilə görüntülənən Kərim uzun müddət söz-söhbətə səbəb olan yataq səhnələrindən danışıb.

O, əslində görüntülərdə heç bir qeyri-etik hərəkətlərin olmadığını dilə gətirib: "Gördüyünüz kimi səhnələrdə heç nə yoxdur. Sadəcə sevgidən bəhs edən klipdir. Sağ olsun Renka da mənə çox kömək və dəstək oldu. Qaldı ki, yataq görüntülərini mən sızdırmışam. Çünki klipi təbliğ etmək lazım idi. Gördüm əlimizdə belə səhnə var. Onu da sosial şəbəkə vasitəsiylə sızdırdım".

Gecənin sonunda müğənni həmkarları ilə birlikdə təqdimat üçün hazırlanan tortu kəsib.

Geri qayıt