Əsas Səhifə > Şou-biznes > “Çingiz inanılmaz dərəcədə ehtiraslı müğənnidir”
“Çingiz inanılmaz dərəcədə ehtiraslı müğənnidir”9-03-2019, 10:37 |
Xəbər verdiyimiz kimi, İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkəmizi gənc müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək. İctimai Televiziya və Radio Yayımları Şirkətindən Azvision.az -a verilən məlumata görə, müğənni səhnəyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun “Truth” adlanan əsəri ilə çıxacaq. “Etiraf edirəm ki, “Truth” mahnısının Çingizə uyğun olacağına əmin deyildim. Çünki o flamenko və gitaranı sevən milli musiqiçidir. Şəxsi tanışlıqdan sonra isə haqqındakı fikirlərim tamamilə dəyişdi. O, inanılmaz dərəcədə ehtiraslı musiqiçi və müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerası və şərq ürəyi qatdıq”, -deyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanov bildirib. Qeyd edək ki, bəstəkarın mahnısı İTV-nin bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş 350 namizəd mahnı arasından seçilib. “Truth” zəhərli sevgi münasibətindən bəhs edir. Burada həqiqətə yer yoxdur. Cütlüklərdən biri sevgisinə xəyanət edir və qarşısındakı vəziyyəti qəbul etmək və ya sevgi illuziyasını dağıtmaq seçimi qarşısında qoyub. “Eurovision 2019” mahnı müsabiqəsi üçün olduqca ciddi hazırlaşan Çingiz Mustafayev öz tərzinə dəyişiklik edərək əsas ehtirası olan flamenko və gitarasından da uzaqlaşıb. Geri qayıt |