Əsas Səhifə > Şou-biznes > Zinətə zinət verən gözəl

Zinətə zinət verən gözəl


14-03-2019, 09:08
Zinətə zinət verən gözəl
DİA.AZ: - Xalq artist, cazibədar ulduz Aygün Kazımova İtaliyanın məşhur zinət əşyaları brendi “Bvlgari”nin reklamına çəkilib.

DİA.AZ xəbər verir ki, “Bvlgari” firması adətən güclü və azad qadınları özünə sima seçir. Ona görə də yeni kolleksiyanın çəkilişinə Aygün Kazımova dəvət alıb.

Sənətçi kolleksiyada yer alan ən gözəl zinət əşyalarını taxaraq fotokameraya cəsarətli və cazibədar pozlar verib.

"Bvlgari"nin devizi belədir: “"Bvlgari”nin zinət əşyaları qadının şəxsiyyətini zənginləşdirməyə qadirdir. Bunları taxanda hər dəfə özünüzü yenidən kəşf edəcəksiniz”.

Qeyd edək ki, A.Kazımovanın sözügedən fotosessiyası "Boutique" dərgisi üçün edilib.

Zinətə zinət verən gözəl
Zinətə zinət verən gözəl
Zinətə zinət verən gözəl
Zinətə zinət verən gözəl

Geri qayıt