Əsas Səhifə > Şou-biznes > Bollivud aktrisası Aygünün paltarından geyindi
Bollivud aktrisası Aygünün paltarından geyindi5-04-2019, 10:06 |
DİA.AZ: - Xəbər verdiyimiz kimi, ötən il Xalq artisti Aygün Kazımovanın “Jara” beynəlxalq musiqi mərasiminə geyindiyi qızılı libas hər kəsin marağına səbəb olub. Modelyer Rüfət İsmayılın “Power of fire” adlı yeni kolleksiyasından olan geyimi Azərbaycan mediasının da diqqətindən qaçmayıb. DİA.AZ bildirir ki, səhnəmizin divasının geyimindən hind modeli və aktrisası Jaklin Fernadesin də geyindiyi bəlli olub. Fernadesin paltarını azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb. Qeyd edək ki, ötən il həmin geyimi meksikalı məşhur aktrisa Samadhi Zendejas da “Latin American Music Awards”da geyinib. Geri qayıt |