Əsas Səhifə > Şou-biznes > Renkadan mərhum Elina ilə bağlı çağırış...

Renkadan mərhum Elina ilə bağlı çağırış...


12-04-2019, 09:46
Renkadan mərhum Elina ilə bağlı çağırış...
DİA.AZ: - 162 saylı orta məbtəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar səbəbinin araşdırılması üçün sosial şəbəkələrdə aksiyaya start verilib.

DİA.AZ xəbər verir ki, prezident İlham Əliyevə ünvanlanan və “Uşaqlarımızı xilas edin” heşteqi ilə paylaşılan müraciətə rəqqasə Renka Ağamuradova da qoşulub. O müraciətdə Elina Hacıyevanın intiharında günahkar olanların ən sərt şəkildə cəzalandırılmasını xahiş edib:

“Neçə gündür özümə gələ bilmirəm. Niyə bizim məktəblərdə normal psixoloq yoxdur? Uşaqlar çox şeyi valideynlərinə danışa bilmirlər. Mən də məktəbdə çox əziyyət çəkmişəm. Axırda isə 9-cu sinifdən çıxsım. Uşaq psixologiyası çox həssasdır. İndi zəmanə çox dəyişib. Pis olub. Uşağın özünü pəncərədən atdığı anın görüntülərini görəndən sonra yata bilmirəm. Gözümün önündən getmir. Uşağı məktəbə yolla salanda fikirdən ölürəm. İstəyirəm gedim qapısında oturum. Bütün gün uşaqlarla danışıram. Mən Rusiyada oxumuşam. Oradakı məktəblilər lap pis idi. Uşaqlar çox danışmaq, hər şeylə maraqlanmaq lazımdır. Bəzən rəfiqələrim uşaqları çox sıxdığımı, işlərinə qarışdığımı deyirlər. Amma biz bacımla özümüzdən də asılı olmayaraq onların üzərində əsirik. Niyə məktəbə həkim çağırılmayıb? Başa düşmürəm. Əsəbdən partlayıram. Belə olmaz! Bu qədər başı soyuqluq bəsdir”.

Geri qayıt