Əsas Səhifə > Şou-biznes > "Bizdə biznes var, şou yoxdur"

"Bizdə biznes var, şou yoxdur"


30-04-2019, 08:55
"Bizdə biznes var, şou yoxdur"
DİA.AZ: - “Azərbaycanda şou-biznes yoxdur”.

Bunu DİA.AZ-a açıqlamasında “Testene Art Baku” birincimiz, müğənni Cəmil deyib.

Onun sözlərinə görə, Azərbaycanda şou-biznes öz üzərilərində işləyən, nəsə etməyə səy göstərən insanlardan ibarətdir:

"Yerli və dünya şou-biznesinə gəlincə isə bunlar çox fərqlidir. Yəni, o şou-bizneslə ilə bizim şou-biznes dediyimiz arasında yerlə-göy qədər fərq var. Vallah, sözün açığını deyim, hətta, şounun içərisində olanlar da deyirlər ki, bu aləmdə olmağımıza baxmayaraq, əslində şou-filan yoxdur. Elə bil ki, toy bazarı var. Hər kəs çalışır ki, efirdə çox görsənsin, verilişlərdə çox iştirak etsin, hansı verilişdi, necə verilişdi, fərqi yoxdur. Eyni zamanda, kimin o verilişi aparmağından asılı olmayaraq, sadəcə, gündəmdə qalsın və toylara getsin. Deməkdə məqsədim odur ki, bizdəki şou-biznesdə şou-biznesdən əsər-əlamət yoxdur. Bizdəki tamam başqa bir şeydir".

Cəmil bundan başqa şou-biznesdə çatışmayan amillərdən bəhs edib:

"Səviyyə çatmır. Müasirlik çatmır və aqresivlik var".

Geri qayıt