Əsas Səhifə > Şou-biznes > Türkiyənin məşhur fotoqrafçı Demet Akalını Aygünə dəyişdi
Türkiyənin məşhur fotoqrafçı Demet Akalını Aygünə dəyişdi18-05-2019, 09:57 |
DİA.AZ: - Xalq artisti Aygün Kazımova yeni fotoları ilə gündəmə gəlməyi bacarıb. DİA.AZ xəbər verir ki, türkiyənin tanınmış fotoqrafı - Türkiyənin tarixi “Kösem sultan” serialının baş qəhrəmanı kimi yaddaşlardan silinməyən aktrisa Nurgül Yesilcay, Demet Akalın və bir sıra sənətçilərlə çalışan Erman İstahlinin kamerası qarşısına keçən Aygün geyimində qırmızı rəngə üstünlük verərək cazibədar obraz yaratmağa müvəffəq olub. Nilüfer, Ayşegül Aldinç, Emre Altuğ, Kıvanç Kasabalı kimi məşhurlarla çalışan Zeynep Şimşek də yaxından köməklik edib. Zeynəp fotosessiyanın stilistliyini öz üzərinə götürüb. Aygünün saçı üzərində türkiyənin tanınmış saç ustası Akin Unal çalışıb, geyimini isə dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb. Sənətçinin obrazı üzərində tanınmış make-up müxtəxəsisi Ahu Aydemir çalışıb. Məlumat üçün bildirək ki, qırmızı rəng ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Geri qayıt |