Əsas Səhifə > Şou-biznes > Çingizə ürəyini, Sergeyə səsini verdi

Çingizə ürəyini, Sergeyə səsini verdi


20-05-2019, 08:56
Çingizə ürəyini, Sergeyə səsini verdi
DİA.AZ: - Xalq artisti Aygün Kazımova İsrailin paytaxtı Tel-Əvivdə Expo Mərkəzdə baş tutan “Eurovision 2019” yarışmasında Rusiyanı təmsil edən Sergey Lazereva üçün səs istəyib.

DİA.AZ xəbər verir ki, sənətçi sosial şəbəkədə Sergeyin fotosunu paylaşaraq hər kəsi ona dəstək olmağa çağırıb: "Ürəyimi Çingizə, səsimi isə Sergey Lazarevə verirəm! Əzizlərim, hər birinizi səsimə səs verməyə səsləyirəm!".

Qeyd edək ki, "Eurovision 2019" təmsilçimiz Çingiz Mustafayev "Truth" mahnısı ilə yeddinci yeri tutub, müsabiqənin üçüncüsü isə Rusiya təmsilçisi Sergey Lazarev olub.

Geri qayıt