Əsas Səhifə > Şou-biznes > Aygünlə Zülfiyyə duet oxudular
Aygünlə Zülfiyyə duet oxudular18-06-2019, 16:16 |
DİA.AZ: - Şou və mədəniyyət nümayəndələrinin bir araya gəldiyi “Yaşa, yaşa Azərbaycan!” layihəsi təqdim olunub. DİA.AZ xəbər verir ki, sözləri Cəlal Qurbanov, musiqisi Rauf Məmmədova məxsus əsər Xalq artistləri Aygün Kazımova ilə Zülfiyyə Xanbabayeva və xanəndə Mirələm Mirələmov tərəfindən duet şəklində ifa edilib. Daha sonra onları Rasim Balayevlə şeirlə, Alim Qasımov isə muğamla müşayiət edib. Görkəmli sənətkarların çıxışını hər kəs ayaqüstə alqışlarla qarşılayıb. Kompozisiyada Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupu da iştirak edib. Nigar Hacızadə, Ceyhun Kərimov və Aqil Çovdarovun rejissorluq etdiyi layihə Yaşıl teatrda lentə alınıb və ölkənin populyar simaları bir araya gətirilib. Qeyd edək ki, idea müəllifi Cəlal Qurbanovdur. Bu layihə Bakı Şəhər icra Hakimiyyətinin təşəbbüsü ilə və Heydər Əliyev Fondunun dəstəyi ilə 15 iyun Milli qurtuluş gününə həsr olunan konsertdə təqdim olunub. Geri qayıt |