Əsas Səhifə > Şou-biznes > Aygün rüzgarı əsdi
Aygün rüzgarı əsdi19-06-2019, 10:06 |
DİA.AZ: - Nəhayət ki, artıq günlərdir anonsları yayımlanan və hər kəsin səbrsizliklə gözlədiyi konsert baş tutdu. İsti yayın "həyəcan mövsümü" konserti Bakıda yerləşən Avropanın ən böyük və qapalı əyləncə mərkəzi “Megafun”da reallaşdı. DİA.AZ-ın məlumatına görə, hər şeyin qüsursuz tərtib olunduğu məkana xalq artisti Aygün Kazımovanın daxil olmasını sevənləri böyük coşqu ilə qarşıladı. Xalq artisti səhnədə göstərdiyi performansla bundan əvvəlki müsahibələrində dediyi kimi, sözünə əməl edərək "Megafun"ı yerindən oynatdı. Gecə ərzində A.Kazımovanın saç və makiyajı üzərində Qusik Simon çalışıb, geyimini isə Rüfət İsmayıl hazırlayıb. Konsertin səhnə tərtibatı ilə SS Production məşğul olub. Geri qayıt |