Əsas Səhifə > Şou-biznes > Röya və Günelin təkrarlanan oxşar həyatı

Röya və Günelin təkrarlanan oxşar həyatı


2-07-2019, 08:43
Röya və Günelin təkrarlanan oxşar həyatı
DİA.AZ: - Müğənni Günel Zeynalova Əməkdar artist Röya Ayxanın repertuarına müraciət edib.

Axşam.az-ın məlumatına görə, sənətçi məşhur "Dostummusan, yoxsa sevgilim" mahnısını səsləndirib.

Bəstənin musiqisi Hacı Nazim Məmmədov, sözləri Altay Yaşara məxsusdur.

"Röyamızın oxuduğu mahnını bir də məndən dinləyin. Mən də onun ifasında bəyənmişdim. Hər kəsin oxuyarkən yaşadığı hislər fərqlidir. Burada kim yaxşı oxudu söhbətini yığışdırın. Bizim belə bir şeyə ehtiyacımız yoxdur. Xoşagələn mahnılar oxunmalıdır ki, davam etsin və dinlənilsin. Biz sənət dostuyuq və hər kəs duyğusuna söykənib oxuyub" deyə, Günel bildirib.




Geri qayıt