Əsas Səhifə > Şou-biznes > "Sosial şəbəkədə qəribə aqresivlik yaranıb"
"Sosial şəbəkədə qəribə aqresivlik yaranıb"11-07-2019, 11:16 |
DİA.AZ: - Müğənni Samir Piriyev həmkarı Niyam Salami haqqında maraqlı fikirlər deyib. DİA.AZ-ın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində bəhs edib: "Niyam Salami ilə olan qalmaqala qayıtmaq istəmirəm. Heç kimdən küsmürəm. Görəndə, "salam" da verirəm. Qarşı tərəf küsürsə, nə edim. Müvəqqəti həyata görə insanları incitməyə dəymir". O, sosial şəbəkədə heç bir həmkarını izləmədiyini söyləyib: "Sosial şəbəkədə qəribə aqresivlik yaranıb. Ona görə də hamını izləmədən çıxardım. Əsəblərimə toxunurdular. İncəsənət sahəsində olanlara baxanda, deyirəm, bunlar nəyi bölüşə bilmir? Kütləni qıcıqlandırmaq olmaz. İctimai insansansa, dediyin sözə diqqət etməlisən. Elin gözü tərəzidir, qıcığı yaratmayın. Baxıram ki, məndə də qıcıq yaradırlar. Tənqid hər zaman olmalıdır. Amma tənqidlə, təhqir səhv salınır". Geri qayıt |