Əsas Səhifə > Şou-biznes > Brilliantın "Tet-aTet"i plagiat çıxdı
Brilliantın "Tet-aTet"i plagiat çıxdı5-08-2019, 08:59 |
DİA.AZ: - Xalq artisti Brilliant Dadaşovanın "Tet-aTet" mahnısı ilə bağlı yeni iddia irəli sürülüb. DİA.AZ-ın məlumatına görə, sosial şəbəkədə mahnının plagiat olduğu ilə bağlı xəbər yayılıb. Belə ki, musiqinin Türkiyənin tanınmış ifaçısı Bahadır Tatlıözün oxuduğu "Su yolunu bulur" bəstəsinə bənzədiyi iddia olunur. Bahadır mahnını 2018-ci ildə oxuyub və ona klip də çəkdirib. Qeyd edək ki, "Tet-aTet" mahnısının sözləri Həsən Babayevə, musiqisi Fərid Kərimliyə məxsusdur. Bəstənin aranjimanını isə Elvin Musayev edib. Geri qayıt |