Əsas Səhifə > Şou-biznes > Gülruhdan daha bir ilk: "Metal gümüş"ə büründü

Gülruhdan daha bir ilk: "Metal gümüş"ə büründü


13-08-2019, 09:35
Gülruhdan daha bir ilk: "Metal gümüş"ə büründü
DİA.AZ: - "Eşit səsimi” mahnısı ilə ulduzu parlayan müğənni Gülruh Nəcəfova yenidən səhnəyə qayıdır.

DİA.AZ saytına açıqlama verən ifaçı deyib ki, yeni mövsümdə tamaşaçılarını maraqlı sürprizlər gözləyir:

“Yeni mövsümün başlamasına 1 ay qalıb. Mən də artıq iş başındayam. Yeni mahnılar yazdırıram. Maraqlı fotosessiya etdirmişəm. Ətraflı yaxın günlərədə danışacağam. Əvvəldən demək mənə düşmür. Bir onu deyə bilərəm ki, tamaşaçılarımı fərqli işlər gözləyir”.

Gülruh Nəcəfova söhbət əsnasında yeni fotosessiya etdirdiyini də bildirib.

G.Nəcəfovanın saç düzümü üzərində "Saniko" ləqəbi ilə məşhurlaşan stilist Sənan çalışıb. Fotoların müəllifi isə Səbuhi İmansoy, geyimin ideya müəllifi, dizayneri sənətçi özüdür.

Gülruhdan daha bir ilk: "Metal gümüş"ə büründü
Gülruhdan daha bir ilk: "Metal gümüş"ə büründü
Gülruhdan daha bir ilk: "Metal gümüş"ə büründü


Geri qayıt