Əsas Səhifə > Şou-biznes > "Kimsin" deyib, klipdə 5 obraz dəyişdi
"Kimsin" deyib, klipdə 5 obraz dəyişdi16-08-2019, 09:06 |
DİA.AZ: - Müğənni Sevda Yahyayevanın "Ağlım Səndə" mahnısını bu dəfə türkiyəli müğənni Leyla Boztaş səsləndirib. DİA.AZ-ın məlumatına görə, türkiyəli ifaçı həmyerlimizin “Ağlım Səndə” hitini ifa edib və ona klip çəkdirib. Mahnı ifaçının repertuarına "Kimsin" adı ilə daxil olub. Musiqisi Pərviz Mahmudova aid mahnıya ekran həyatını Hülya Öksüz verib. Leyla beş obrazda kamera qarşısına keçib. İfaçı geyimlərinin dizaynını özü verib. Qeyd edək ki , bəstənin sözlərini türk dilinə türkiyənin ünlü yazarı Ayşə Birgül Yılmaz çevirib. Geri qayıt |