Əsas Səhifə > Şou-biznes > Yerli Cameron sükutu pozdu

Yerli Cameron sükutu pozdu


26-09-2019, 08:11
Yerli Cameron sükutu pozdu
DİA.AZ: - Dünyaca məşhur aktrisa Cameron Diaza bənzərliyi ilə diqqət çəkən azərbaycanın tanınmış xanım prodüseri Mədinə Məlik yeni fotosessiyaya çəkilib.

DİA.AZ xəbər verir ki, prodüserin şəkillərdəki dırnaqları, geyimi və makiyajı diqqət çəkib.

Belə ki, o, qara tordan hazırlanmış libas geyinib.

M.Məlikin paltarının müəllifi modelyer Şəlalə Maqsudovadır. Fotolayihənin üzərində Ş.Maqsudova yenə öz sadiq dostları ilə çalışıb.

Obrazın qrimi "RBStudio Beauty"ya, dırnaqları peşəkar dırnaq ustası Anna Bagrationiya, fotoları isə fotoqraf Anar Musayevə aiddir.

Qeyd edək ki, 30 metr tor istifadə edilən paltar 1 günə tikilib.

Yerli Cameron sükutu pozdu
Yerli Cameron sükutu pozdu
Yerli Cameron sükutu pozdu
Yerli Cameron sükutu pozdu

Geri qayıt