Əsas Səhifə > Şou-biznes > "Maşın" şouda hoqqabazlıq keçmədi...
"Maşın" şouda hoqqabazlıq keçmədi...4-10-2019, 10:19 |
DİA.AZ: - Xəbər verdiyimiz kimi, “Maşın” şounun növbəti buraxılışı baş tutub. DİA.AZ-ın məlumatına görə, ən çox şəkli atılan müğənni Fuad Musayev Ayan Babakişiyevanı çıxaracağını deyib. Onun bu seçimi sosial şəbəkədə tənqidlərə səbəb olub. Prodüser Tarix Əliyev (Tolik) Fuadın Ayandan intiqam almağa çalışdığını vurğulayıb: “Fuad bilirsiz niyə Ayanı çıxarmaq istəyir? Dəqiq deyirəm: Fuad Musayev Füzuli Musayevin dostudur, həm də qohumudur. Amma bu, kişilikdən deyil. Allah açan yolu heç kim bağlaya bilməz”. Oyun zamanı Ayanı Toliklə yanaşı Əməkdar artist Röya Ayxan, müğənnilər Ruhi Əliyeva, Kərim Abbasov dəstəkləyərək, Fuadın getməsinə səs veriblər. Nəzərinizə çatdıraq ki, sosial şəbəkədə müğənni Fuad Musayevin Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Karate üzrə dünya çempionu Füzuli Musayevlə birgə çəkilmiş şəkilləri də yayılıb. Qeyd edək ki, A.Babakişiyeva Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Karate üzrə dünya çempionu Füzuli Musayevlə ailəli olub. Cütlük illər əvvəl ayrılıb. Onların Selena adlı qız övladı var. Geri qayıt |