Əsas Səhifə > Şou-biznes > "Allah saxlayana heç kim heç nə edə bilməz"
"Allah saxlayana heç kim heç nə edə bilməz"5-12-2019, 10:46 |
DİA.AZ: - İki gün əvvəl reanimasiyaya yerləşdirilən Xalq artisti Rafael Dadaşovun səhhəti yaxşılaşıb. DİA.AZ-ın məlumatına görə, aktyor verilişlərin birinə zəng edərək, artıq yaxşı olduğunu dilə gətirib: "Keçmişə baxanda, daha yaxşıyam. Hamıya salam deyirəm. Allah saxlayana heç kim heç nə edə bilməz". Qeyd edək ki, R.Dadaşov axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib. Hazırda müalicəsi davam edir. Vəziyyəti həkimlər tərəfindən ağır stabil qiymətləndirilib. Geri qayıt |