Əsas Səhifə > Şou-biznes > "Eurovision 2020" təxirə düşə bilər

"Eurovision 2020" təxirə düşə bilər


28-02-2020, 09:20
"Eurovision 2020" təxirə düşə bilər
DİA.AZ: - "Eurovision 2020" beynəlxalq musiqi yarışması təxirə düşə bilər. DİA.AZ-ın məlumatına görə, buna səbəb son günlər dünyanı qorxuya salan koronavirusdur. Niderlandın paytaxtı Roterdamda gerçəkləşəcək müsabiqə təşkilatçıları ya tarixin dəyişdiriləcəyini, ya da müsabiqənin keçirilməsini ləğv edəcəyini açıqlayıb.

Mayın 12-də başlaması planlaşdırılan "Eurovision 2020" təşkilatçıları hazırda virusun yayılma surətini izləyirlər. Əgər maya qədər koronavirus təhlükəsi səngiməsə, musiqili yarışma baş tutmayacaq.

"Hər şeyə baxıb, sonra qərar vermək lazımdır. Amma ümid edirik ki, virusa qalib gələ biləcəyik. Hazırda dəqiq xəbər vermək düzgün deyil" deyə, onlar bildirib. Qeyd edək ki, "Eurovision 2020"nin "Rotterdam Ahoy" konsert zalında keçirilməsi planlaşdırılıb. Yarışmanın şüarı isə "Open up!"dır (Açıl).

Sentyabrda Azərbaycanın bu il də müsabiqədə təmsil olunacağı rəsmi olaraq təsdiqlənib. Yarışmada ölkəmizi təmsil edəcək ifaçının adı isə hələ gizli saxlanılır.

Geri qayıt