Əsas Səhifə > Şou-biznes > "Qızlar təhsilli olarsa, ailələri möhkəm olar"

"Qızlar təhsilli olarsa, ailələri möhkəm olar"


4-03-2020, 10:35
"Qızlar təhsilli olarsa, ailələri möhkəm olar"
DİA.AZ: - Müğənni Ceyhun Əliyev həmkarı İradə İbrahimovanın yeni işıq üzü görən “Qızım” adlı klipini "İnstagram" səhifəsində yayımlayıb. DİA.AZ-ın məlumatına görə, Ceyhun qız övladları olan atalara məsləhət verməyi də unutmayıb: "Diqqətlə baxın və dinləyin: Möhtəşəm ifa və zövqlü təqdimat. İradə İbrahimova, əziz dostum, səni təbrik edirəm. Bütün övladlar xoşbəxt olsunlar.

"Qızlar təhsilli olarsa, ailələri möhkəm olar"

Əsasən də sözüm qız atalarınadır. Allah sizə möhlət və imkan versin ki, qızlarınıza təhsil verəsiniz. Qızlar təhsilli olarsa, ailələri möhkəm olar. Ailə möhkəm olarsa, cəmiyyət də, dövlət də möhkəm olar.

İradə dostum, ifanla və yeni layihənlə çoxlarına örnək oldun”.









Geri qayıt