Əsas Səhifə > Şou-biznes > “Aydının ölümünü çoxdan hiss etmişdim”

“Aydının ölümünü çoxdan hiss etmişdim”


12-05-2020, 10:47
“Aydının ölümünü çoxdan hiss etmişdim”
DİA.AZ: - Mərhum meyxanaçı Aydın Xırdalanlının anası və qardaşı evinin qapılarını verilişlərin biri üçün açıb.

DİA.AZ-ın məlumatına görə, ifaçının anası oğlu haqqında xoş sözlər deyib: “Aydın mənim ən gözəl övladım idi. Hər zaman halıma yanırdı. Hansısa bir ehtiyyacımı ödəyəndə o, məndən çox sevinirdi. Ona hər zaman deyirdim ki, sənə nəsə olsa, özümü öldürəcəm. Sənsiz yaşaya bilmərəm. Aydının ölümünü çoxdan hiss etmişdim. Amma Aydın dünyasını dəyişəndə inanmırdım. Çünki Aydın bir vaxtlar depresiyaya düşmüşdü. Xəstəxanalıq olmuşdu. Amma o, hər şeylə mübarizə apararaq özünü toparlayıb, ayağa qalxmışdı.

Sonra qəfildən oğlumun halı pisləşdi, nəfəs ala bilmirdi. Eyni zamanda həmin gün mənə deməyib, ağzından qal gəlirmiş (gülür). Onu xəstəxanaya apardıq. Lakin Aydın reanimasiyada qalmaqdan imtina etdi. Evə gələndə yolda can üstündə imiş. Xəbərimiz olmayıb. Allah heç bir anaya övlad dərdi verməsin”.

Meyxanaçının anası oğlunun sənətindən də söz açıb: “Aydın vəfat edəndən sonra onun istedadını anladım. Gördüm ki, özünü və meyxanalarını nə qədər sevən var imiş”.



Geri qayıt