Əsas Səhifə > Şou-biznes > "O qədər qara çay içir ki, fikri qaralıb"

"O qədər qara çay içir ki, fikri qaralıb"


8-07-2020, 16:04
"O qədər qara çay içir ki, fikri qaralıb"
DİA.AZ: - "Hərə öz peşəkarlığını, çərçivəsini təqdim edəcək qədər tamaşaçılara yaxın olanda o olur öndə. Əgər daxili dünyasını, sənətini, çərçivəsini təqdim edib, özünü sevdirə bilmirsə, oyundan kənardır. Əgər bu şou-biznesi oyunla müqayisə etsək, bu belədir. Heç kim birdən-birə peşəkar olmur. Əgər sənətə gəlirsənsə, yavaş-yavaş möhürünü vurursansa, olursan peşəkar".
DİA.AZ xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Axşam-axşam" proqramında deyib. İfaçı şou-biznesdə sevilməkdən danışıb.

Roza trendə düşən müğənnilərdən də söz açıb. "Hər şey 200 dolların başında dayanır. Onunla trendə düşmək mümkündür. Amma İnstaqramda məşhurlaşanlar ömürlük deyil.

Biri var gözəl bağbanın becərdiyi güllü, mənzərəli bağ. Biri də var yağış yağanda torpaqdan çıxan alaq otları. Onlar da alaq otlarıdır. O, otları bağban onsuz da yolur. Bunlar da ələnəcəklər, qalacaqlar peşəkarlar. Bağbanın becərdiyi məhsullar isə peşəkarlardır" deyə, o, əlavə edib.

"Güclü, yoxsa xoşbəxt qadın olmaq yaxşıdır" sualına müğənni belə cavab verib:

"Xoşbəxt qadın olmaq daha yaxşıdır. Evdən küsüb getdiyim anlar çox olub. İldə iki-üç dəfə olur. Sözümün anlamını başa düşməyəndə, baş götürüb gedirəm".

Roza onunla bağlı "Dostum deyil, sənətindən danışmayacam. Yaxşı aparıcıdır" söyləyən Niyam Salami haqda "Xırtdəyinə kimi yalan danışır. Çox yaxın dostumdur. Sadəcə, Niyam bağında bir qazanda yemək qaynadıb yeyəni, samavar çayı içdiyini dost hesab edir. "Maşın" şouda mənə görə çıxıb gedib. Dosta görə bu addım atılar. Mən müğənni olanda, Niyam aşpaz idi. Buna nəsə demirəm. Mən də müğənni olmasaydım, aşpaz olardım. Niyam həm yaxşı müğənni, həm aşpazdır. Son günlər o qədər qara çay içir ki, fikri qaralıb" sözlərini bildirib.

Geri qayıt