Əsas Səhifə > Şou-biznes > Erməniyə arxa çıxan Deniz Çakıra növbəti kəskin cavab Alişandan gəldi
Erməniyə arxa çıxan Deniz Çakıra növbəti kəskin cavab Alişandan gəldi30-09-2020, 10:36 |
Türkiyənin Show TV Ana Xəbər aparıcısı Ece Üner erməni Kim Kardaşyanın Türkiyə və Azərbaycan haqqında söylədiyi iftiralara proqramda tutarlı cavab verib. Open.az xəbər verir ki, Ece Ünerin cəsarətli çıxışı aktrisa, hər kəsin "Yaprak Dökümü" serialında ifa etdiyi "Ferhundə" obrazı ilə yaxşı tanıdığı Deniz Çakırın "xoşuna" gəlməyib. Ece Üner Kim Kardaşyan haqqında: "Kardaşyanın kameralara göstərməyə alışdığı və hər birimizin də yaxından tanıdığı böyük bir qaynağı var. Bu sözləri söyləyərkən və bu çıxışı edərkən də yenə də eyni qaynağa söykənib?" deyərək, erməni Kardaşyanı yerinə oturtmuşdu. Amma Türk aparıcısının bu çıxışı Deniz Çakırı "narahat" edib. Deniz Çakır, Ece Üneri sosial media hesabından təhqir edərək: "Bu necə avam, yaraşıqsız bir üslubdur. Bu üslubla ana xəbər aparır. İnanmaq olmur" deyib. Deniz Çakırın guya "qadın haqqlarını" müdafiə edərək, Kim Kardaşyana tərəf çıxması Türk mətbuatı və sosial mediasında tənqidlə qarşılanıb. D.Çakıra növbəti sərt cavab müğənni Alişandan gəlib. Erməniyə arxa çıxan Deniz Çakır'a növbəti kəskin cavab Alişandan gəldi Alişan sosial media hesabından : "Gerçəkdən sən və sənin kimilərə artıq təəccüblənmirəm, Deniz Çakır. Ece Üner qarşı tərəfə ən doğru və ölçülü cavabı verib. Bir də ki, insan avam olsun, amma başqa şey olmasın! Şeyi də sən şey elə artıq!" yazaraq, Deniz Çakırı yerində oturdub. Aparıcı Ece Üner də Deniz Çakıra : "Mən qadınların haqqını müdafiə edəndə siz harada qalmışdınız? Kardaşyanın qadın haqqlarını müdafiə etməyiniz Kim’in ağlına gəlirdi? Səmimiyyətsizliyiniz ürək bulandırır!" cavabını verib. Qeyd edək ki, bir neçə il əvvəl Deniz Çakır başı örtülü qadınları da təhqir etmişdi və onun haqqında məhkəməyə şikayət ərizəsi ilə müraciət edən onlarla qadın var idi. Hətta Türkiyə Prezidenti Receb Tayyib Erdoğan çıxışlarının birində aktrisanı başı bağlı xanımlara söylədiyi təhqiredici fikirlərə görə sərt şəkildə tənqid etmişdi. Görünür, Deniz Çakır ona qarşı olan tənqidi fikirlərdən nəticə çıxarmayıb. Əgər ədalətli olsaydı, Türkiyə və Azərbaycana iftiralar atan erməni Kim Kardaşyanı müdafiə etməz, Türk xalqına, Türk millətinə sahib çıxardı. Necə ki, Kim Kardaşyan ermənilərə sahib çıxır... Geri qayıt |